"İnter" "Udineze"nin müdafiəçisi Rodriqo Bekaoya elçi düşüb.
Fanat.Az xəbər verir ki, məlumatı İtaliya mətbuatı yayıb.
Yayda PSJ-yə keçəcək Milan Şkrinyara əvəzedici axtaran "İnter" Bekaonu seçib.
27 yaşlı futbolçunun klubu ilə müqaviləsi 2024-cü ilin yayında başa çatır.
Qeyd edək ki, "İnter"in siyahısında "Atalanta"dan Merih Demirel və "Roma"dan Kris Smollinq də var.
Röya