"Borussiya Dortmund"un futbolçusu Markus Türamın elçilərinin sayı artır.
Fanat.Az xəbər verir ki, 25 yaşlı fransalı hücumçu ilə "Liverpul", "Tottenhem", "Arsenal" və "Atletiko Madrid" kimi klublar maraqlanır.
Məlumatı AS nəşri yayıb.
Qeyd edək ki, Türamın Almaniya təmsilçisi ilə müqaviləsi bu ilin iyun ayında başa çatır. 2019-cu ildən "Borussiya"da çıxış edən futbolçu 96 matçda meydana çıxıb və aktivində 31 qol var.
Röya