"Beşiktaş"ın "Bayer Leverkuzen"in futbolçusu Serdar Azmunla maraqlandığına dair xəbərlər yayılıb.
Fanat.Az-ın məlumatına görə, İstanbul klubunun icraçı direktoru Ceyhun Kazançı bu iddialara aydınlıq gətirib:
"Bu, yalan xəbərdir. Biz onunla müqavilə imzalamaqda maraqlı deyilik. Danışıqlar aparmırıq və belə planımız yoxdur".
Qeyd edək ki, Almaniya klubundan narazı olan iranlı futbolçu tezliklə klubunu dəyişmək niyyətindədir.
Röya