Bu gün Parisdə cüdo üzrə “Böyük Dəbilqə” turnirinə yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycanın altı idmançısı tatami üzərinə çıxacaq.
Elcan Hacıyev (81 kq) Medikson Del Orbe (Dominikan Respublikası) ilə, eyni çəkidəki Zelim Tçkayev (81 kq) polşalı Pavel Drzymalla döyüşəcək.
Murad Fətiyev (90 kq) Aidar Arapov (Qazaxıstan) ilə, Zelim Kotsoyev (100 kq) Sedrik Olivar (Fransa) ilə qarşılaşacaq.
Uşanqi Kokauri (+100 kq) Voyçex Kordiyalik (Polşa) - Mark Deşene (Kanada) cütünün qalibini gözləyir.
Camaı Qamzatxanov (+100 kq) Bubakar Mane (Qvineya-Bisau) ilə münasibətləri aydınlaşdıracaq.
Qeyd edək ki, ilk yarış günündə mübarizə aparan üç cüdoçumuzdan Balabəy Ağayev (60 kq) qızıl medala sahib olub.