Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Gent" Belçika çempionatında 24-cü tur oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, sözügedən kollektiv lider "Genk"i qəbul edib.
Hesabı meydan sahibləri açsalar da, yekunda qonaqlar 3:2 hesablı qələbəyə sevinib.
"Genk" turnir cədvəlində 62 xalla 1-ci, "Gent" isə 38 xalla 5-cidir.
“Qarabağ”la Belçika təmsilçisi ilə ilk oyununu fevralın 16-da Bakıda keçirəcək. Tərəflərin cavab görüşü fevralın 23-də Gentdə reallaşacaq.
Nihat