"Real Madrid"in "1" nömrəsi Tibo Kurtua İspaniya La Liqasının XX turunda "Malyorka" ilə görüşü kənardan izləyib.
Fanat.Az xəbər verir ki, buna səbəb 30 yaşlı qolkiperin zədələnməsidir.
Matçın başlamasında yarısaat qalmış belçikalı futbolçu isinmə hərəkətləri zamanı bud nahiyəsində ağrı hiss edib. Bu səbəbdən Madrid klubunun baş məşqçisi Karlo Ançelotti məcburi dəyişiklik edərək meydana ukraynalı qapıçı Andre Lunini buraxıb.
Jurnalist Mario Korteqanın verdiyi məlumata görə, Kurtuanın əzələsində zədə aşkarlanıb. Onun nə zaman meydana çıxacağı bəlli deyil.
Qeyd edək ki, "Malyorka" - "Real Madrid" görüşündə kral klubu 0:1 hesabı ilə uduzub.
Röya