Son vaxtlar uğursuz nəticələrə görə pis atmosfer hökm sürən "Mançester Siti"də böhran dərinləşib.
Fanat.Az xəbər verir ki, baş məşqçi Pep Quardiola ilə ulduz forvard Erlinq Holandın münasibətləri korlanıb.
Bu iddia İspaniya "El Nacional"ına məxsusdur. Mənbə norveçli hücumçunun "şəhərlilər"dən ayrılmağa hazırlaşdığını bildirib.
"Sauthempton" tərəfindən Liqa Kubokundan kənarlaşdırılan və Premyer Liqada "Mançester Yunayted"ə, son olaraq isə "Tottenhem"ə uduzan komandanın soyunub-geyinmə otağında gərginlik yaşanıb. İddiaya görə, bir neçə oyunçu Quardiolanı pis nəticələrə görə günahkar hesab edib. İspan məşqçinin ən böyük problemi Haalanddır: "27 oyunda 31 qol vuran hücumçu "Mançester Siti"nin oyunundan razı deyil. Bu, absurd səslənə bilər, çünki bu sistem açıq-aydın ona uyğun gəlir. Amma fakt odur ki, Joau Kanselu bu yaxınlarda Quardiola ilə pis münasibətə görə klubu tərk edib. Bernardo Silva da bu barədə düşünür".
Təbii ki, Holandın MS-dən ayrılacağı təqdirdə karyerasını harada davam etdirəcəyi ilə bağlı xəbərlər də yayılıb. Əsas seçim 200 milyon avroluq satın alma maddəsini ödəyə bilən "Real Madrid" klubudur.
Mirağa