"Liverpul"un futbolçusu Joel Matipin komandada gələcəyi sual altındadır.
Fanat.Az xəbər verir ki, bu barədə "Football Insider" məlumat yayıb.
Xəbərə görə, klub rəhbərliyi müdafiəçinin çıxışından narazıdır. Bu səbəbdən 31 yaşlı kamerunlu futbolçu mövsümün sonunda trasferə çıxarılacaq.
Qeyd edək ki, Matip 2016-cı ildən "Liverpul"da çıxış edir. 131 oyunda meydana çıxan müdafiəçi 8 qola imza atıb.
Röya