"Yuventus"un 3 futbolçusu karyerasını İspaniyada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, bunlar Duşan Vlahoviç, Federiko Kyeza və Manuel Lokatellidir.
İnformasiyanı "TuttoJuve" yayıb.
Xəbərə görə, sözügedən oyunçular maliyyə fırıldağı üzündən "qoca sinyora"ya tətbiq edilən sanksiyalardan sonra yaranan qeyri-sabitlik səbəbindən Turin klubundan ayrılmaq istəyir. Mənbə "Barselona"nın hər 3 futbolçunun xidmətində maraqlı olduğunu vurğulayıb.
Xatırladaq ki, İtaliya Futbol Federasiyası futbolçuların maaşları ilə bağlı yol verilən ciddi nöqsanlara görə "Yuventus"un 15 xalını silib və komanda turnir cədvəlində 3-cü pillədən 10-cu yerə düşüb. Ardından isə futbol başbilənlərinin Turin təmsilçisini daha 5 xaldan məhrum etməyə hazırlaşdığı barədə məlumatlar dərc edilib.
Nihat