"Vest Hem" rəhbərliyinin "Çelsi" və "Arsenal" kimi İngiltərə nəhənglərinin transfer etməyə çalışdığı Deklan Raysı hansı qiymətə satmaq istədiyi açıqlanıb.
Fanat.Az xəbər verir ki, "çəkicdöyənlər"in yarımmüdafiəçisi ilə bağlı məlumatı tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabları üzərindən yayıb:
"Hazırda Deklanın qiyməti təqribən 110 milyon avrodur. Ancaq yekun məbləğ barədə danışmaq tezdir. "Arsenal" və "Çelsi" həmişə Raysın xidmətində maraqlı olublar. Onun transferi uğrunda mübarizəyə Mançester klublarından biri qoşulsa, qiymət arta da bilər".
Qeyd edək ki, 24 yaşlı Rays 2013-cü ildən "Vest Hem"in strukturundadır. Cari mövsüm klubunun forması ilə ümumilikdə 27 matça çıxan ingilis oyunçu 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat