"Napoli"nin hücumçusu Viktor Osimhen cari mövsümün sonunda İtaliya təmsilçisini İngiltərə klubuna dəyişə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "La Gazzetta dello Sport" yayıb.
Xəbərə görə, "Mançester Yunayted" bir neçə Avropa nəhənginin diqqət mərkəzində olan 24 yaşlı forvardı 120 milyon avroya transfer etməyə hazırdır. Mənbə "qırmızı şeytanlar"ın istəyinə asanlıqla çata bilməyəcəyini vurğulayıb. Səbəb kimi "Çelsi"nin də Nigeriya millisinin forvardı üçün buna yaxın məbləğdə vəsait xərcləməyi planlaşdırdığı bildirilib.
Qeyd edək ki, 24 yaşlı Osimhen 2020-ci ildə, 75 milyon avro qarşılığında "Lill"dən transfer edilib. Onun Neapol təmsilçisi ilə müqaviləsinin müddəti 2025-ci ildə başa çatacaq.
Nihat