Türkiyə Super Liqasında və 1-ci Liqada oyunlar təxirə salınıb.
Fanat.Az xəbər verir ki, bu barədə qardaş ölkənin futbol federasiyası açıqlama yayıb.
Açıqlamada zəlzələ nəticəsində ölən və yaralananların olması, həmçinin davam edən axtarış-xilasetmə işləri səbəbiylə Super Liqada və aşağı liqada bu gün oynanılması planlaşdırılan bütün matçların qeyri-müəyyən tarixə təxirə salındığı vurğulanıb.
Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində minə yaxın insan həyatını itirib.
Mirağa