"Sabah" və “Kəpəz” klublarının sabiq hücumçusu Mixeil Erqemlidze karyerasını Şimalı Makedoniyada davam etdirəcək.
Fanat.Az xəbər verir ki, 23 yaşlı forvard “Akademiya Pandev” klubuna keçib.
Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.
Qış fasiləsində “Kəpəz”dən ayrılan Erqemlidze Şimalı Makedoniya təmsilçisi ilə 1,5 illik müqavilə imzalayıb.
Gürcüstanlı futbolçu "Sabah" və "Kəpəz"dən başqa, Tiflis “Dinamo”su, “Çikura” və “Adana Dəmirspor” komandalarında da çıxış edib.
Mirağa