Türkiyənin "Malatyaspor" klubunun qapıçısı Eyüp Türkaslan qardaş ölkədə baş verən zəlzələ zamanı dağıntılar altında qalıb.
Fanat.Az xəbər verir ki, bu barədə məlumatı Malatya təmsilçisinin mətbuat xidməti yayıb:
"Qapıçımız Ahmet Eyüp Türkaslan zəlzələ zamanı dağılan çoxmərtəbəli binada olub. Axtarış işləri davam etdirilsə də, xilasedicilər hələ Türkaslanı tapa bilməyiblər".
"Fanatik"in məlumatına görə, artıq sözügedən qolkiperin xanımı dağıntılar altından sağ çıxarılıb və futbolçunun harada ola biləcəyi haqda xilasedicilərə məlumat verib.
Xatırladaq ki, son sutkada Türkiyədə 7,8 bal gücündə zəlzələ olub. İtkilərin sayı 1000-dən çox olsa da, bu rəqəmin artmaq ehtimalı böyükdür.
Nihat