"Hatayspor"un və Qana millisinin futbolçusu Kristian Atsu Türkiyədəki zəlzələ zamanı qaldığı dağıntıların arasından xilas edilib.
Fanat.Az "A Bola"ya istinadən xəbər verir ki, sağ ayağından xəsarət alan və nəfəs darlığından əziyyət çəkən 31 yaşlı oyunçu xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, Atsu "Hatayspor"un dağıntılar arasında qalan yeganə oyunçusu deyil. Daha öncə binaların birinin zirzəmisindən sözügedən klubun 3 oyunçusu sağ çıxarılıb.
Nihat