İngiltərə Premyer Liqa klubu "Lids" baş məşqçisini istefaya göndərib.
Fanat.Az xəbər verir ki, Cessi Marş artıq komandanın baş məşqçisi deyil.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
O, komandanı Premyer Liqa cədvəlində 17-ci yerdə, Çempionşipə düşmək zonasından yuxarıda tərk etsə də, rəhbərlik amerikalı mütəxəssislə ayrılmaq qərarına gəlib. Komandanın nəticələrinin dinamikası rəhbərliyin xoşuna gəlməyib. Baxmayaraq ki, keçən mövsüm Marş "Lids"i Çempionşipa düşməkdən xilas edib.
Cessi üçün son qarşılaşma “Nottingem Forest”lə (0:1) oyun olub.
Mirağa