Bu mövsüm 16 yeni futbolçu ilə güclənən "Çelsi" heyət üzvlərindən bir neçəsi ilə yollarını ayırmağa hazırlaşır.
Fanat.Az xəbər verir ki, onların arasında Xorvatiya millisinin üzvü Mateo Kovaçiç də var.
Artıq təcrübəli yarımmüdafiəçinin keçəcəyi klub da bəllidir. İtaliyanın "Calcio Mercato" nəşri xəbər verib ki, "Yuventus" yayda Kovaçiçi gətirməyə çalışır. Turin klubu buna nail olmaq üçün isveçrəli yarımmüdafiəçi Denis Zakariyanı göndərəcək.
Kovaçiç "Çelsi"yə 2019-cu ilin yayında "Real Madrid"dən 45 milyon avroya gəlib. O, London klubu ilə Çempionlar Liqası, Avropa Liqası, Avropa Superkuboku və Klublararası Dünya Çempionatının qalibi olub. Bu mövsüm Kovaçiç 22 oyun keçirib və 1 qol ötürməsi ilə yadda qalıb.
Xorvatiyalı yarımmüdafiəçi 2013-2015-ci illərdə "İnter"in formasını geyinərək İtaliyada çıxış edib.
Mirağa