"Real Madrid"in hücumçusu Kərim Benzemanın şəxsi məşqçisi Xavyer Atalaya fransalı forvardın aldığı zədədən danışıb.
Fanat.Az xəbər verir ki, daha öncə Kriştianu Ronaldunun da məşqçisi olmuş müəxəssisin dediklərini "Marca" belə çatdırıb:
"Benzmaya görə narahat deyilik. Çünki zədəsi ciddi deyil. Onun futbol mentaliteti gündən-günə yaxşı olacağını, tez sağalacağını söyləməyə əsas verir.
Fransa millisinin məşqçiləri DÇ-2022 ərəfəsində ciddi səhvə yol vermiş və Kərim məhz onların məsuliyyətsizliyinə görə mundialı buraxmalı olmuşdu. Zədədən qayıdan, 8 saat təyyarədə olan oyunçunun trenajor zalında bütün gücü ilə məşq etməsinə icazə vermək olmaz. Benzemanın etdiyi məşqlərə heç Ronaldu da tab gətirməz".
Xatırladaq ki, Benzema İspaniya çempionatının 17-ci turu çərçivəsində keçirilən matçda - "Valensiya" ilə görüşdə (2:0) zədələnib.
Nihat