"Real Madrid"in sabiq hücumçusu Raul Qonsales İngiltərə Premyer Liqasında işləmək təklifini geri çevirib.
Fanat.Az xəbər verir ki, informasiyanı AS nəşri yayıb.
Xəbərə görə, hazırda İspaniyanın 3-cü liqasında mübaizə aparan "Kastilya"nın baş məşqçisi olan Raula "Lids Yunayted"i çalışdırmaq təklif edilsə də, o, dəvəti rədd edib. Mənbə "Kral klubu"nun canlı əfsanəsinin fevralda İngiltərəyə yollanmağı zaman baxımından uyğun saymadığını vurğulayıb.
Qeyd edək ki, "Lids" baş məşqçisi Cessi Marşı istefaya göndərib. 49 yaşlı amerikalı mütəxəssisin qovulmasına komandanın mövsümün ikinci yarısında çıxdığı 7 oyunda 1 qələbə belə, qazanmaması səbəb olub.
Nihat