"Roma"nın yarımmüdafiəçisi Nikolo Dzanyolonun "Qalatasaray"a transferinin detalları bəlli olub.
Fanat.Az xəbər verir ki, bu barədə məlumatı tanınmış italiyalı insayder Fabritsio Romano yayıb.
"Canavarlar"ın Türkiyə klubundan bu keçid üçün 20-22 milyon avro alacağı bildirlib. Müddəti 2027-ci ilə qədər nəzərdə tutulan müqaviləyə imza atacağı vurğulanan Dzanyolonun İsdtanbul nəhəngində hər mövsüm üçün 3,5 milyon avro qazanacağı vurğulanıb. Mənbə Nikolonun sözləşməsində təzminat məbləğinin də əksini tapacağını açıqlayıb - 35 milyon avro.
Xəbərə görə, Dzanyolo İstanbula bu gün gələcək.
Qeyd edək ki, Türkiyədə transfer pəncərəsi fevralın 8-də bağlanacaq.
Nihat