Türkiyədə voleybolçu cütlük zəlzələ nəticəsində dünyasını dəyişib.
Fanat.Az xəbər verir ki, yerli "Merinos" klubunun üzvü Betül Çoban və onun voleybolçu həyat yoldaşı Bedrettin Çakır da həlak olub.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 bal gücündə zəlzələ olub. Son məlumatlara görə, yeraltı təkanlar nəticəsində 3381 nəfər həyatını itirib, 20 mindən çox insan yaralanıb.