Fəhmin Muradbəylinin yeni klubu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, "Neftçi"nin sabiq yarımmüdafiəçisi Birinci Divizion təmsilçisi "Araz Naxcıvan"a keçib.
Bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Futbolçu ilə mövsümün sonuna - 31.05.2023-cü il tarixinə qədər müqavilə baglanmışdır.
Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Fəhmin Muradbəyli 2013 - 2018, 2020 - 2021-ci illər ərzində ağ-qara formada 94 oyunda meydana çıxıb, 8 qol vurub. O, ötən mövsümün ikinci yarısını icarə əsasında “Şamaxı”da keçirib. "Neftçi" yayda Fəhminlə yollarını ayırmışdı.