Kriştianu Ronaldunu sıralarına cəlb etməklə kifayətlənməyən "Əl-Nəsr" "Barselona"nın 34 yaşlı yarımmüdafiəçisi Serxio Busketslə danışıqları davam etdirir.
Fanat.Az xəbər verir ki, informasiyanı "Mundo Deportivo" yayıb.
Xəbərə görə, Səudiyyə Ərəbistanı təmsilçisinin idarəçiləri son olaraq "İnter Mayami"nin də istədiyi təcrübəli oyunçuya 2 illik müqavilə və hər mövsüm üçün 18 milyon avro maaş təklif edib. Mənbə böyük məbləğdə qazanc vəd edən çağırışa rəğmən, "Barselona" ilə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq Serxionun öncə "Barselona"nın təklifini nəzərdən keçirmək niyyətində olduğunu vurğulayıb.
Qeyd edək ki, bu mövsüm "Barsa" forması ilə bütün turnirlərdə 27 matça çıxan Buskets 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat