"Çelsi" yeni qapıçı almaq fikrindədir.
Fanat.Az xəbər verir ki, London təmsilçisi "Portu"nun üzvü Dioqu Koşta ilə maraqlanır. Məlumatı "90min" yayıb.
Hazırda komandada Kepa Arrisabalaqa ilə Eduar Mendi çərçivə uğrunda mübarizə aparırlar. Lakin hər ikisinin müqaviləsi 2025-ci ildə başa çatır. İkisindən birinin klubu tərk edəcəyi dəqiqdir.
Qeyd edək ki, 23 yaşlı Koşta "Mançester Yunayted" və "Tottenhem"in də diqqətini çəkib. Cari mövsüm Portuqaliya millisinin üzvü meydana çıxdığı 25 oyunun 13-də qapısından top buraxmayıb. Koştanı heyətinə cəlb etməyən klub 60 milyon avrodan keçməlidir.
Röya