PSJ rəhbərliyi ötən ilin sentyabrından icarə əsasında "Qalatasaray"da çıxış edən Mauro İkardinin İstanbul təmsilçisində sərgilədiyi oyundan məmnundur.
Fanat.Az "Relevo"ya istinadən xəbər verir ki, "sarı-qırmızılar"ın forması ilə çıxdığı 13 matçda 9 qol və 6 məhsuldar ötürmə ilə yadda qalan argentinalının sərgilədiyi yüksək performans Fransa klubunun bosslarını Mauronun gələcəyi barədə yenidən düşünməyə vadar edib.
Xəbərə görə, icarə müqaviləsi başa çatandan sonra 29 yaşlı futbolçuya PSJ-nin əsas heyətində möhkəmlənməsi üçün daha bir şans veriləcək.
Qeyd edək ki, İkardi Fransa nəhənginə 2019-cu ildə, 50 milyon avro qarşılığında Milan "İnter"indən transfer edilib. Onun parislilərlə müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdir.
Nihat