"Bayern Münhen" Fransa millisinin hücumçusunu sıralarına cəlb etməkdə israrlıdır.
Fanat.Az "Todofichajes"ə istinadən xəbər verir ki, bu, Mönhenqladbax "Borussiya"sının formasını geyinən Markus Türamdır.
Xəbərə görə, indiki klubu ilə müqaviləsinin müddəti yayda başa çatacaq 25 yaşlı forvard artıq Münhen təmsilçisi ilə şifahi razılığa gəlib. Onun cari mövsümün sonunda, azad agent qismində "Bayern"ə qoşulacağı bildirilib.
Qeyd edək ki, Fransa millisinin sabiq üzvü Lilian Türamın oğlu olan Markus 2019-cu ildən Mönhenqladbax təmsilçisindədir. Bu mövsüm Bundesliqada 18 matça çıxan forvard 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat