Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində şənbə günü keçiriləcək "Turan Tovuz" - "Kəpəz" qarşılaşmasında anşlaq gözlənilir.
Bu barədə Fanat.Az-a klubun sözçüsü Süleyman Tağıyev məlumat verib.
Tovuz təmsilçisinin rəsmisi biletlərin satışından əldə edilən bütün gəlirin zəlzələdən əziyyət çəkənlərə yardım məqsədi ilə Türkiyəyə göndəriləcəyini söyləyib: "Oyuna maraq böyükdür. Artıq biletlər də satışa çıxarılıb. Qiyməti 2 manat olan biletlərin satışından qazanılacaq vəsaitin hamısı Türkiyəyə göndəriləcək. Elə azarkeşlərimiz var ki, oyun günü Tovuzda ola bilməyəcəklər. Ancaq əldə edilən gəlirin qardaş ölkəyə göndəriləcəyini bildikləri üçün "Kəpəz"lə oyuna bilet alırlar".
Nihat