Xosep Quardiola İngiltərədən ayrılaraq Fransaya üz tutacaq.
Fanat.Az xəbər verir ki, iddianı "Lequipe" yayıb.
Mənbənin məlumatına görə, PSJ kataloniyalı mütəxəssisə dəvət göndərməyə hazırlaşır.
"Mançester Siti" Premyer Liqanın maliyyə uyğunsuzluğu iddiaları ilə bağlı böyük problem yaşayacağından, parislilər fürsətdən yararlanacaq.
Quardiolanın "şəhərlilər" ilə müqaviləsi 2025-ci ilin yayına qədər qüvvədədir. Lakin ittihamlar doğrulsa, “Mançester Siti”nin Premyer Liqadan uzaqlaşdırılacağı gözlənilir ki, belədə kataloniyalının bu klubda qalmaq istəməsi ehtimalı azdır.
Mirağa