"Yuventus" yeni transferini həyata keçirib.
Fanat.Az xəbər verir ki, bu barədə "Calcio e Finanza" məlumat yayıb.
Xəbərə görə, "Goca sinyora" "Sassuolo"dan Manuel Lokatellini rənglərinə bağlayıb.
Keçid avtomatik olaraq "Yuventus"un A Seriyasında "Salernitana"ya (3:0) qarşı oyunundan sonra aktiv olub.
25 yaşlı italiyalı futbolçu kluba 25 milyon avroya başa gəlib. Bu məbləğ 3 il ərzində ödənəcək.
Röya