“Mançester Yunayted”in hücumçusu Markus Reşford "qırmızı şeytanlar"ın sabiq futbolçusu Ueyn Runinin rekordunu təkrarlayıb.
Fanat.Az xəbər verir ki, 26 yaşlı Markus bu nəticəyə İngiltərə Premyer Liqasının VIII turundan təxirə salınmış oyunda “Lids”ə qol vuraraq imza atıb.
Belə ki, sözügedən forvard 2012-ci ildən bəri “Old Trafford” stadionunda ölkə çempionatının ardıcıl 6 matçında qol vuran ilk oyunçu olub. Son dəfə bunu 11 il öncə məhz Runi bacarmışdı.
Qeyd edək ki, “Mançester Yunayted” - “Lids” görüşü 2:2 hesabı ilə yekunlaşıb.
Nihat