"Hatayspor"un futbolçusu Kristian Atsu zəlzələ zamanı qaldığı dağıntıların arasından xilas edildiyi iddia edilirdi. Lakin araşdırmalar zamanı qanalı hücumçunun adı xəstəxana qeydiyyatında olmadığı aşkarlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə "Fanatik" məlumat yayıb. Atsunun hələ də dağıntılar olduğu ehtimal edilir.
Futbolçunun meneceri Nana Sechere də ondan xəbər almağıqlarını bildirib: "Klubdan Kristianın dağıntıların altından canlı çıxarıldığına dair xəbər gəldi. Amma biz onun harada olduğunu hələ də bilmirik. Atsunun ailəsi üçün çətin günlər davam edir".
Klubun idman direktoru Taner Savutdan da hələ də məlumat yoxdur.
Klubun digər üzvləri Kaan Kanak, Burak Öksüz və Ruben Ribeiro isə fəlakətdən sağ çıxmağı bacarıblar. Belə ki, zəlzələ anında Ribeiro pəncərədən tullanıb, Burak isə ayaqyalın vəziyyətdə yolda gedərkən tapılıb.
Qeyd edək ki, "Hatayspor"un TFF-yə müraciətindən sonra komanda qurumun Rivadakı (İstanbul) bazasına yerləşdirilib. Zəlzələ bölgəsindən olan digər klub "Qaziantepi"in də İstanbula yollanacağı gözlənilir.
Röya