Türkiyədə baş vermiş dağıdıcı zəlzələdən əziyyət çəkənlər üçün Azərbaycanda başladılan yardım kampaniyasına "Kəpəz" klubu da qoşulub.
Bu barədə Fanat.Az-a Gəncə klubunun mətbuat katibi Azad Mustafayev məlumat verib.
"Bizim klub əməkdaşları, məşqçilər, futbolçular, rəhbərlik fərdi qaydada artıq yardim kompaniyasında iştirak edir".
Bundan əlavə, komanda ötən gün keçirilən məşqə Türkiyə bayrağı ilə çıxaraq qardaş ölkəyə dəstək nümayiş etdirib.
Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 maqnitudalı, saat 13:24-də isə Elbistan rayonunda 7,6 maqnitudalı iki zəlzələ qeydə alınıb. Bundan başqa saat 4:26-da, Qaziantepin Nurdağı rayonunda 6,4, saat 4:36-da isə Qaziantepin İslahiye rayonunda 6,5 maqnitudalı təkanlar baş verib. Zəlzələ Kahramanmaraş, Hatay, Osmaniyə, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbakır, Malatya və Adana başda olmaqla ətraf ərazilərdə, o cümlədən Ankarada da hiss edilib.
Nəticədə ölənlərin sayı 12 391 nəfərə çatıb, 62 914 nəfər isə yaralanıb.
Röya