20:51 16.04.2014 565

"Qəbələ" "Xəzər"ə partladı, "Rəvan" istədiyini aldı

Azərbaycan Kubokunda 1/2 final mərhələsinə start verilib. Fanat.az xəbər verir ki, hər iki oyun eyni gündə baş tutub.

"Qəbələ" doğma meydanda "Xəzər Lənkəran"ı qəbul edib. Hər iki komanda Premyer Liqada iddiasını itirib və Avropa Liqasına vəsiqə üçün bütün ümidini kuboka bağlayıb. Bu səbəbdən bölgə klublarının qarşılaşması maraqla gözlənilirdi. Premyer Liqada uğursuz çıxışını davam etdirən və son qələbəsini fevralın 19-da qazanan "Qəbələ" ötən tur yenildiyi "Xəzər Lənkəran"a qarşı fərqli oyun sərgiləyərək gözlənilməz nəticəyə imza atıb - 3:0. Hesabı 53-cü dəqiqədə Nizami Hacıyev açıb. 6 dəqiqə sonra Viktor Mendi fərqlənib. 72-ci dəqiqədə dubl edən Hacıyev darmadağını rəsmiləşdirib - 3:0. Beləliklə, böyükhesablı qələbə qazanan "Qəbələ" cavab qarşılaşmasını bir növ formal oyuna çevirib.

Digər oyunda "Neftçi" "Rəvan"ı qəbul edib. Hesabı 52-ci dəqiqədə Araz Abdullayev açıb. Hamı "Neftçi"nin qələbə qazanacağını gözləsə də, bu baş verməyib. Belə ki, 90+3-cü dəqiqədə fərqlənən Tyaqo Mirasema "Rəvan"ı sevindirib. Bununla da Güvənc Kurtarın yetirmələri finala gedən yolda böyük üstünlük eldə edib. Belə olan halda "Rəvan"a cavab matçında qolsuz heç-heçə də sərf edəcək.

Azərbaycan Kuboku
2013/14 mövsümü
1/2 final (ilk oyunlar)

16 aprel
Qəbələ - Xəzər Lənkəran 3:0
Qollar: Nizami Hacıyev, 53; 72. Viktor Mendi, 59.
Qəbələ: 1. Kamran Ağayev (k), 6. Vladimir Levin, 7. Marat İzmaylov, 8. Nizami Hacıyev, 9. Viktor Mendi (22. Lourival Assis, 85)16. Ruslan Tağızadə, 18. İbrahima Niasse, 31. Daniel Subotiç, 34. Ürfan Abbasov, 44. Rafael Santos, 46. Davronjon Erqaşev.
Ehtiyat oyunçular: 27. David Pietrzkeviç, 2. Rail Məlikov, 4. Amit Quluzadə, 19. Abdulvahid Afolabi, 42. Leonardo da Silva, 45. Murad Musayev.
Baş məşqçi: Yuri Syomin.
Xəzər Lənkəran: 1. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 5. Tyeqo, 6. Rasim Ramaldanov, 8. Deyan Blajevski (7. Sadio Tounkara, 60), 11. Zohair Banouahi (12. Junior Nildo, 59), 14. Rahid Əmirquliyev, 18. Tural Cəlilov, 20. Mbilla Etame, 23. Nikola Qliqorov (30. Elias, 75), 27. Manuel Skarlatake.
Ehtiyat oyunçular: 19. Vyekoslav Tomiç, 2. Slavik Alxasov, 4. Alvaro Silva, 10. Elnur Abdullayev.
Baş məşqçi: Mustafa Dənizli.
Sarı vərəqələr: Davronjon Erqaşev, 37 (qeyri-idman hərəkəti). Ürfan Abbasov, 74 (qeyri-idman hərəkəti). Marat İzmaylov, 86 (hakimin qərarına etiraz) - Rasim Ramaldanov, 45 (qeyri-idman hərəkəti). Rahid Əmirquliyev, 53 (qeyri-idman hərəkəti).
Hakimlər: Rəhim Həsənov. Yaşar Abbasov, Akif Əmirəli, Ömər Paşayev.
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Şahin Cəfərov.
Qəbələ şəhər stadionu. 2000 tamaşaçı.

Neftçi - Rəvan 1:1
Qollar: Araz Abdullayev, 52 - Tyaqo Mirasema, 90+3.
Neftçi: 1. Pavel Doroşev, 2. Karlos Kardoso, 4. Tərlan Quliyev (23. Ruslan Qurbanov, 70), 6. Rəşad Sadiqov (k), 7. Araz Abdullayev, 9. Flavinyo, 10. Cavid İmamverdiyev, 16. Bruno Bertuççi (3. Denis Silva, 56), 27. Məqsəd İsayev, 32. Elvin Yunuszadə, 90. Ernest Nfor.
Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 5. İqor Mitreski, 8. Elşən Abdullayev, 21. Samir Məsimov, 95. Elvin Bədəlov.
Baş məşqçi: Böyükağa Hacıyev.
Rəvan: 1. Lukaş Sapela, 4. Mitya Moreç, 8. Julio Sezar, 16. Orxan Lalayev (14. Xuan Manuel Varea, 65), 18. Oke Akpoveta, 19. Hüseyn Axundov , 21. Novruz Məmmədov (k), 25. Ayaz Mehdiyev (7. Elvin Həsənəliyev, 77), 30. Cəmşid Məhərrəmov, 40. Mişel Balokoq, 41. Kamil Kopunek (10. Tyaqo Mirasema, 85).
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 15. Dmitri Kruqlov, 17. Ramazan Abbasov, 20. Miloş Adamoviç.
Baş məşqçi: Güvənc Kurtar.
Sarı vərəqələr: Tərlan Quliyev, 49 (rəqibi tutduğuna görə) - Cəmşid Məhərrəmov, 17 (qeyri-idman hərəkəti). Orxan Lalayev, 31 (qeyri-idman hərəkəti).
Hakimlər: Rauf Cabbarov, Namiq Hüseynov, Zeynal Zeynalov, Fariz Yusifov.
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Ramil Diniyev.
AFFA nümayəndəsi: Nüvər Xasıyev.
Hakim-inspektor: Məlik Həsənov.
"Bakcell Arena". 1500 tamaşaçı.

Bombardirlər: Mbilla Etame (Xəzər Lənkəran) - 3. Aleksandr İaşvili (İnter), Asif Məmmədov (İnter), Sadio Tounkara (İnter), Vüsal Qarayev (Rəvan), Elvin Adişirinli (Şuşa), Reynaldo Silva (Qarabağ), Rəşad Eyyubov (Simurq), Viktor Mendi (Qəbələ), Nizami Hacıyev (Qəbələ) - 2.

Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

09:18

Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşir

09:00

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

Facebookdan bizi izləməyi unutmayın.
X