Bu gün Bakı Voleybol Mərkəzində qadın komandalar arasında Azərbaycan çempionatında VI turun oyunları keçiriləcək.
Fanat.Az xəbər verir ki, günün ilk görüşündə “Abşeron” və “Murov” üz-üzə gələcək.
Daha sonra UNEC və Azərreyl" münasibətlərinə aydınlıq gətirəcək.
VI tur
16:00. "Abşeron" - "Murov"
18:00 UNEC – "Azərreyl"
Turnir cədvəli: "Azərreyl" - 11 xal (set fərqi 12-6), "Murov" - 10 (12-7), "Abşeron" - 9 (10-6), UNEC - 0 (0-15).