Topaz Premyer Liqasında “ayın futbolçusu” və “ayın qolu” mükafatlarının təqdimetmə mərasiminin vaxtı və yeri müəyyənləşib. Fanat.az xəbər verir ki, tədbir aprelin 17-də “Fairmont” otelində baş tutacaq.
Saat 12.00-da başlayacaq mərasimdə birdən-birə 3 ayın ən yaxşıları Peşəkar Futbol Liqası (PFL) və Premyer Liqanın baş sponsoru “Topaz”ın mükafatları ilə təltif olunacaq. Tədbirə PFL və "Topaz" rəhbərliyi, o cümlədən, mərc oyunlarının təşkili ilə məşğul olan “İnteltek” şirkətinin baş müdiri Ahmet Sezer də qatılacaq.
Qeyd edək ki, Topaz Premyer Liqasında ayın ən yaxşıları uzun müddət mükafatsız qalıb. Sonuncu dəfə bu tədbir ötən il dekabrın 13-də baş tutub. Həmin vaxt noyabrın ən yaxşı futbolçusu və ən yaxşı qolunun mükafatı verilib. Dekabrın, eləcə də bu ilin fevral və mart aylarının ən yaxşıları isə indiyədək təltif olunmamışdı.
lent.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol