"Roma"nın və İtaliya yığmasının sabiq futbolçusu Antonio Kassano paytaxt klubunun baş məşqçisi Joze Mourinyunun işini tənqid edib.
Fanat.Az "Calciomercato" italiyalı mütəxəssisin dediklərini belə çatdırıb:
"Düzdür, komanda "Empoli"yə 2:0 hesabı ilə qalib gəldi. Amma necə? İki künc zərbəsi, onuncu dəqiqədə iki qol. Fikir verirsinizmi, yalnız standartlar. Meydanda “Empoli” ağalıq edirdi. Halbuki, “Roma” turnir cədvəlində üçüncü yerdədir. Meydanda gördüklərim dəhşət idi. Mourinyu həmişə bəhanə tapmağı bacarsa da, çəkinmədən deyirəm: O, komandanı məhv edir. Ancaq gec-tez onu sıradan çıxaracaqlar".
Mirağa