"Ankaragücü"nün forvardı Xese Rodriges karyerasını İtaliyada davam etdirəcək.
Fanat.Az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.
Mənbənin məlumatına görə, "Real Madrid"in və PSJ-nin keçmiş hücumçusu "Sampdoriya"ya keçəcək. A Seriyası komandası onunla mövsümün sonuna qədər müqavilə imzalayacaq. "Sampdoriya" Xeseni azad agent kimi almağa yaxındır. 29 yaşlı futbolçu ilə 2023-cü ilin yayına qədər müqavilə imzalanacaq. Müqavilə sonradan uzadıla bilər.
İspan futbolçu artıq tibbi müayinədən keçib və bu gün müqaviləyə imza atdıqdan sonra yeni komandası ilə ilk məşqinə çıxmalıdır.
Xese cari mövsümdə "Ankaragücü"nün heyətində 14 matçda 2 qol vurub.
Qeyd edək ki, Xese Rodrigeslə bu qış fasiləsində Azərbaycanın "Sabah" klubunun da maraqlandığı bildirilirdi.
Mirağa