"Tiqres" klubu baş məşqçisi Dieqo Kokkanı istefaya göndərib.
Fanat.Az xəbər verir ki, məlumatı Meksika təmsilçisinin rəsmi saytı yayıb.
Xəbərə görə, 50 yaşlı argentinalı mütəxəssis Meksika millisini çalışdıracaq. İstefanın səbəbi də məhz budur.
Qeyd edək ki, Dieqo Kokka yanvarın 1-də "Tiqres" klubunda işə başlamışdı. Onun yerinə Marko Antonio Ruis gələcək.
Xatırladaq ki, Meksika millisinin DÇ-2022-də uğursuz çıxışından sonra baş məşqçisi Xerardo Martino postunu tərk etmişdi.
Röya