"Turan Tovuz" Azərbaycan Premyer Liqasının XXII turunda keçiriləcək "Kəpəz"lə oyuna itkisiz çıxacaq.
Bu barədə Fanat.Az-a klubun mətbuat katibi Süleyman Tağıyev məlumat verib.
O, bildirib ki, komandanın heyətində zədəli və cəzalı futbolçu yoxdur. Oyunöncəsi son məşqini keçirən "Turan Tovuz" "qərb derbisi"nə hazırdır.
Qeyd edək ki, sabah keçiriləcək "Turan Tovuz" - "Kəpəz" matçı 14:00-da start götürəcək.
Röya