"Real Madrid"in keçmiş baş məşqçisi Zinəddin Zidan "kral klubu"na qayıda bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb.
İddiaya görə, artıq 2 dəfə madridlilərə başçılıq edən əlcəzair əsilli fransalı mütəxəssis bir şərtlə Madridə dönəcək. Mütəxəssisi geri qaytarmaq üçün ona lazım olan futbolçularla müqavilə bağlamaq lazım gələcək ki, onlardan biri, həm də birincisi “Olimpik Lion”un yarımmüdafiəçisi Rayan Şerkidir.
Zidanın heyran olduğu 19 yaşlı Şerki bu mövsüm lionluların heyətində bütün turnirlərdə 22 oyuna çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Zidan i2021-ci ilin iyununda "Real"ı tərk edib və o vaxtdan bəri klubsuzdur.
Mirağa