"Kəpəz" Azərbaycan Premyer Liqasının XXII turunda keçiriləcək "Turan Tovuz"la oyuna itki ilə çıxacaq.
Bu barədə Fanat.Az-a klubun mətbuat katibi Azad Mustafayev məlumat verib.
O, bildirib ki, 2 futbolçu görüşü kənardan izləməli olacaq. Belə ki, Ruslan Süleymanov xəstədir, hücumçu Sisse Salif isə zədəlidir.
Qeyd edək ki, bu gün keçiriləcək "Turan Tovuz" - "Kəpəz" matçı 14:00-da start götürəcək.
Röya