"Çelsi"nin yarımmüdafiəçisi Entso Fernandez klubu ilə bağlı açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, "BT Sport"a danışan argentinalı ulduz London klubunda xoşbəxt olduğunu dilə gətirib:
"Həmişə İPL-də oynamaq arzusunda olmuşam. "Çelsi" mənə bu imkanı verdi. Bu klubla bağlı hər şey xoşuma gəlir. Komanda yoldaşlarım və məşqçilər korpusundan məmnunam. Düzünü desəm, burda məskunlaşdığım gündən özümü evdəki kimi hiss edirəm".
Qeyd edək ki, Qətərdə keçirilən DÇ-2022-də Argentina ilə çempion olan və turnirin ən yaxşı gənc oyunçusu seçilən Entso Fernandez fevralın əvvəlində "Çelsi"yə keçib.
Röya