Türkiyədə daha iki voleybolçunun zəlzələ nəticəsində həlak olduğu açıqlanıb.
Fanat.Az xəbər verir ki, Türkiyə Voleybol Federasiyasının yaydığı məlumatda qadınlardan ibarət “Adıyaman Gənclərbirliyi” komandasında çıxış edən Qamze Naz Cücük və Emine Arslanın vəfat etdiyi bildirilib.
Qeyd edək ki, daha əvvəl voleybolçulardan Mehmet Can Ağırbaş, Emincan Kocabaş, Murat Çiloğullar, həmçinin Betül Çoban Çakır və Bedrettin Çakırın da zəlzələdə həlak olduğu açıqlanıb.