"Real Madrid" klublararası dünya çempionatının finalında "Əl-Hilal"ı 5:3 hesabı ilə məğlub edib.
Fanat.Az xəbər verir ki, bu kubok Madrid klubunun hücumçusu Kərim Benzema üçün əlamətdar olub.
Fransalı hücumçu "Kral klubu"nda 25-ci qənimətini əldə edib və ən çox titul qazanan Marselonun rekorduna şərik olub.
"Real" tarixində başqa heç kim onlar qədər kubok qazanmayıb. Daha bir titul Benzemanı madridlilərin mütləq rekordçusu edəcək.
Mirağa