"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti "Kral klubu"nun uruqvaylı yarımmüdafiəçisi Federiko Valverde barədə danışıb.
Fanat.Az xəbər verir ki, yayda Valverdeyə bu mövsüm azı 10 qol vurmayacağı halda, məşqçilik lisenziyasını cıracağını deyən mütəxəssisin söylədiklərini "Marca" belə çatdırıb:
"Daha məşqçilik lisenziyamı cırmaq məcburiyyətində deyiləm. O, artıq 11 qol vurub. Federiko çətin dönəmi geridə qoydu. İndi özünü daha yaxşı hiss edir və bizə çox şey verir".
Qeyd edək ki, İspaniya nəhəngi bu gecə klublararası dünya çempionatının finalında "Əl-Hilal"ı 5:3 hesabı ilə yenərək tarixində 5-ci dəfə sözügedən turnirin qalibi olub. Qollardan birini Kərim Benzema vurubsa, Vinisius Juniorla Valverde dubla imza atıb.
Nihat