"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri A Seriyası çərçivəsində bu gün çıxdıqları matçı - "Fiorentina" ilə görüşü (1:0) dəyərləndirib.
Fanat.Az xəbər verir ki, "Corriere dello Sport" onun dediklərini belə çatdırıb:
"Fiorentina" məğlubiyyətdən xilas olmaq üçün irəli atılsa da, biz ikinci qolu vura bilmədik. Daha doğrusu vurduq, amma hesaba alınmadı. Hə, Həm Kostiçin, həm də Vlahoviçin də yaxşı fürsətləri oldu. Nəticədən razıyam. Bu, çox çətin görüş idi. Rəqib pressinq tətbiq edir, oyunumuzu pozmağa çalışırdı. "Fiorentina" ilə oynamaq həmişə çətin olub. Oyunçularımıza minnətdaram. Bu görüşə yaxşı köklənə bilmişdik. İndi 7-ci yerlə aramızda 1 xallıq fərq var. Mövcud vəziyyəti nəzərə alsaq, yaxşı nəticədir".
Nihat