Fransa millisinin və "Liverpul"un sabiq hücumçusu Cibril Sisse futboldakı kumirinin kim olduğunu deyib.
Fanat.Az xəbər verir ki, "Telefoot" onun sözlərini belə çatdırıb:
"Futbol tarixinin ən yaxşı hücumçusu Jan-Pyer Papendir. Heç kimi ondan üstün saymıram. Yəqin ki, Papenlə van Basteni müqayisə etmək olar. Ancaq Jan-Pyer mənim üçün gəlmiş-getmiş forvardların hamısından bir addım öndədir. Papen mənim kumirimdir".
Qeyd edək ki, Papen 1991-ci ildə "Qızıl top" mükafatına sahib çıxıb. Dörd dəfə Fransa çempionu olan 59 yaşlı veteran (1989, 1990,1991 və 1992) iki dəfə (1993 və 1994) İtaliya çempionatının da qalibi adını qazanıb.
Nihat