"Çelsi"nin iki yarımmüdafiəçisi klubu tərk edəcək.
Fanat.az xəbər verir ki, bu barədə jurnalist Saymon Filips məlumat yayıb.
Onun sözlərinə görə, 2024-cü ilin yayında sözləşmələri başa çatacaq Mateo Kovaçiç və Ruben Loftus-Çik komandada qalmayacaqlar.
Entso Fernandez və digər yeni transferlər komandanın üzvlərinin heyətdən kənarda qalmasına səbəb olublar. Artıq "Çelsi"də parlaq gələcək görməyən Kovaçiç və Loftus-Çik klubdan ayrılmağın vaxtı çatdığını düşünürlər.
Röya