"Dinamo Zaqreb" klubu yeni forvardla anlaşmağa yaxındır.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusunu "Konyaspor"a icarəyə göndərməyə prinsipial razılıq verən Xorvatiya çempionu "Ludoqorets"dən qanalı Bernard Tokpeteyə elçi düşüb.
Bu barədə məlumatı Qananın "Sportsworldghana.com" portalı yayıb.
Zaqreb klubu dekabrın 15-nə qədər transferi bitirməyə çalışır. "Mavilər" Bolqarıstan klubuna 5 milyon avro təklif edib. Mənbənin məlumatına görə, Ukraynanın "Şaxtyor" klubu da qanalı hücumçu ilə maraqlanır.
Mirağa