Türkiyədə zəlzələ qurbanlarının sayı artmaqdadır.
Fanat.Az "Sporx"a istinadən xəbər verir ki, Malatyadakı otellərdən birinin dağıntıları arasından 3 iranlı futbolçunun da cəsədi tapılıb.
Bunlar paralimpiya komandalarında çıxış edən Mehdi Seyidavi, Məhəmməd Rza Mirəhmədi və Həmid Matrudidir. Həyatını itirmiş idmançıların cəsədləri ölkələrinə göndərilib.
Qeyd edək ki, fevralın 6-da baş verən 7,8 bal gücündə zəlzələdə ölənlərin sayı 31 minə çatıb.
Nihat